İnsan xəstə olduğu halda aktiv işləməyə davam edərsə, simptomlar həftəsonu daha aydın şəkildə özünü göstərə bilər.
Bunu psixoterapevt Aleksey Vilkov “Veçernyaya Moskva”ya açıqlamasında deyib.

Mütəxəssis bildirib ki, “bazar günü ağrıları sindromu” adlandırılan vəziyyət orqanizmin iş günləri bütün resurslarını səfərbər etməsi ilə bağlı yaranır.
Vilkov izah edib:
İnsan aktiv işlədiyi və eyni zamanda xəstə olduğu zaman orqanizm iş günlərini keçirmək, bütün tapşırıqları yerinə yetirmək və xəstəliyin kəskin mərhələsini təxirə salmaq üçün bütün mövcud resursları işə salır. Bu, baş beynin və vegetativ sinir sisteminin gücləndirilmiş fəaliyyəti, həmçinin stress hormonlarının həddindən artıq ifrazı hesabına baş verir. Həmin hormonlar orqanizmi narahatlıq əlamətlərini bloklamağa stimullaşdırır. Lakin həftəsonu sinir sistemi sakitləşdikdə, xəstəliyin əlamətləri üzə çıxa bilər.

