İran uranın zənginləşdirilməsi imkanlarını əhəmiyyətli dərəcədə azaltmalıdır. Bu barədə ABŞ vitse-prezidenti Cey Di Vens Reuters agentliyinə müsahibəsində bildirib.
“Əgər nüvə silahı istəmirsinizsə, onda sizə yüksək zənginləşdirilmiş yanacaq nə üçün lazımdır? Əgər nüvə silahı yaratmaqdan imtinaya sadiqliyinizi nümayiş etdirmək istəyirsinizsə, yüksək zənginləşdirilmiş yanacaq istehsal etməyin. Bu, çox mühüm fundamental məsələdir”, – deyə Vens bildirib.
Vens əlavə edib ki, hazırda ABŞ İran Prezidenti Məsud Pezeşkian və ölkənin xarici işlər naziri Abbas Əraqçi ilə danışıqlar aparır. Lakin onun sözlərinə görə, bu danışıqlar İran daxilində qərarların necə qəbul edildiyinin Vaşinqton üçün tam aydın olmaması səbəbindən nəticəsiz qala bilər.

