Dietoloq, qastroenteroloq və “Sağlam Qidalanma” Elmi-Tədqiqat Mərkəzinin icraçı direktoru Nuriya Dianova yaddaşın qorunmasına və yaxşılaşdırılmasına kömək edən məhsulları açıqlayıb.
Bu barədə mütəxəssis RT ilə söhbətində danışıb.
Dianovanın sözlərinə görə, omeqa-3 yağ turşuları neyron membranlarının əsas qurucu komponentlərindən biridir, damarların elastikliyini yaxşılaşdırır və yaşla əlaqədar zehni qabiliyyətlərin zəifləməsini ləngitməyə kömək edir.
Mütəxəssis omeqa-3 mənbəyi kimi qızılbalıq, skumbriya, siyənək və sardina kimi yağlı dəniz balıqlarını, həmçinin kətan yağı, çia toxumu və qozu tövsiyə edib.
Dietoloq əlavə edib ki, yaddaşın aktivləşməsi və E vitamininin mənimsənilməsi üçün sink, stresslə mübarizə üçün isə maqnezium vacibdir. Bu maddələr balqabaq tumu, mal əti, mərci, kakao, tünd şokolad və dəniz məhsullarında olur.

Dianova eyni zamanda əlavə edilmiş şəkərin həddindən artıq istifadəsinin təhlükəsinə diqqət çəkib.
“Qlükozanın həddindən artıq qəbulu yaddaşın pisləşməsi və hipokampın plastikliyinin azalması ilə birbaşa əlaqəlidir”, – deyə mütəxəssis bildirib.

