UEFA Millətlər Liqasında İrlandiya və İsrail yığmaları arasında keçirilən oyun zamanı baş verən insidentlə bağlı rəsmi araşdırmaya başlayıb.
BBC Sport-un məlumatına görə, 1:1 hesabı ilə başa çatan qarşılaşmanın fasiləsində İrlandiya millisinin fiziki hazırlıq üzrə rəhbəri Damien Doyle israilli futbolçulardan birinin ona tüpürdüyünü iddia edib.
İrlandiya millisinin baş məşqçisi Heimir Hallgrímsson məsələ ilə bağlı rəsmi şikayət verildiyini təsdiqləyib.
UEFA isə mümkün qayda pozuntularını araşdırmaq üçün Etika və İntizam üzrə inspektor təyin edildiyini açıqlayıb.
İsrail millisinin baş məşqçisi Ran Ben-Shimon hadisə zamanı paltardəyişmə otağında olduğunu və buna görə də insidenti görmədiyini bildirib.

