ABŞ-ın Tennessi ştatında uğursuz edam cəhdindən sağ çıxan məhkum Krista Payk özünə gəlib və artıq danışa bilir.
Bu barədə WSMV telekanalı onun vəkillərinə istinadən məlumat yayıb. Vəkillərin sözlərinə görə, Payk hazırda şüurludur, danışır və tibbi yardım almaqda davam edir.
Qadının səhhəti ilə bağlı digər təfərrüatlar açıqlanmayıb.

Sentyabrın 30-da Neşvildəki həbsxanada Payka ölümcül preparatın iki dozası vurulub, lakin edam baş tutmayıb və o sağ qalıb.
Müdafiə tərəfi daha əvvəl Paykda trombositoz olduğunu və bu vəziyyətin inyeksiya zamanı qan laxtalarının yaranması, eləcə də əlavə əzab riski yarada biləcəyini bildirmişdi.

