Amerikalı aktrisa Eva Marie Saint 102 yaşında vəfat edib. Bu barədə Variety jurnalı məlumat yayıb.
Eva Marie Saint 1924-cü ildə ABŞ-ın Nyu-Cersi ştatının Newark şəhərində anadan olub. O, xüsusilə Alfred Hitchcockun “North by Northwest” filmi ilə məşhurlaşıb.
Aktrisa peşəkar karyerasına 1940-cı illərdə başlayıb, kino və televiziya layihələrində çalışıb. Onun ilk böyük uğuru 1955-ci ildə gəlib. “On the Waterfront” filmindəki roluna görə Eva Marie Saint ən yaxşı ikinci plan qadın roluna görə “Oskar” mükafatına layiq görülüb.

Sonrakı illərdə aktrisa kino və televiziyada fəaliyyətini davam etdirib. Onun çəkildiyi ekran işləri arasında “Grand Prix”, “The Best Little Girl in the World” və “Nothing in Common” filmləri də var.
1990-cı ildə Eva Marie Saint “People Like Us” mini-serialındakı roluna görə “Emmy” mükafatı qazanıb.

