Sviter seçərkən yalnız modelin özünə deyil, ümumi qarderoba da diqqət yetirmək lazımdır. Stilist Yuliya Peların sözlərinə görə, sviter qarderobdakı ən azı üç-dörd cins şalvar və ətəklə uyğunlaşmalıdır.
Pelar bildirib ki, yarı bədənə oturan və bir qədər sərbəst siluetli modellərə üstünlük vermək daha məqsədəuyğundur.

“Həcmli sviter daha yüngül alt geyimlərlə çox gözəl kontrast yaradır. Məsələn, ipəkvari və ya krujevalı ətək, axıcı şalvarla yaxşı uyğunlaşır. Beləliklə, qalın və yüngül teksturaların birləşməsi sadə obrazı daha maraqlı göstərir”, – deyə stilist bildirib.
Ekspert əlavə edib ki, sviter bir neçə mövsüm istifadə ediləcək əsas qarderob elementi kimi alınırsa, yalnız rəngə deyil, trikotajın keyfiyyətinə də baxmaq lazımdır.

“Yun və kaşmir qarışığı ən keyfiyyətli və zərif variantlardan biridir”, – deyə Yuliya Pelar vurğulayıb.

