Bohem üslublu dizaynları ilə tanınan Bryn Walker moda brendinin yaradıcıları Bryan Walker və həyat yoldaşı Michelle Min ABŞ-ın Kaliforniya ştatında yaşadıqları evin qarşısında ölü tapılıblar.
Cütlüyün güllə yaraları aldığı, hadisə yerindən isə odlu silah aşkarlandığı bildirilib.

Polis hadisənin qətl-intihar ola biləcəyi ehtimalını araşdırır, lakin hazırda kimin atəş açdığını və hadisənin dəqiq necə baş verdiyini rəsmi şəkildə təsdiqləməyib.
Bryan Walker və Michelle Min Bryn Walker qadın geyimləri brendinin yaradıcıları olublar. Şirkət 1990-cı illərin əvvəllərində yaradılıb və ABŞ-da geniş satış şəbəkəsinə malik olub.

Michelle Minin yaxınlarının mediaya açıqlamalarına görə, Bryan Walker son dövrdə maliyyə və psixoloji çətinliklərlə üzləşmişdi. Lakin hadisənin motivi ilə bağlı araşdırma davam edir.
Polis ətraf sakinlər üçün hazırda əlavə təhlükənin olmadığını və hadisə ilə bağlı istintaqın davam etdiyini bildirib.

