İncəsənət orqanizmin bioloji köhnəlməsini DNT səviyyəsində yavaşladır. Bu barədə KP.RU London Universitet Kollecinin, yəni UCL alimlərinin araşdırmasına istinadən yazır.
Mütəxəssislərin təhlilinə görə, həftədə ən azı bir dəfə kitab oxuyan, musiqi dinləyən və ya muzeyə gedən insanlar mədəni həyat tərzi keçirməyənlərlə müqayisədə təxminən 4 faiz daha yavaş qocalır.
Səbəb ondadır ki, bu cür asudə vaxt beyni stimullaşdırır. Beyin yeni neyron əlaqələri qurmağa, təhlil etməyə, xatırlamağa və ya fantaziya qurmağa başlayır. Bundan əlavə, incəsənət insana emosional rahatlama verir. Onunla təmas stress səviyyəsini azaltmağa kömək edir.

Bununla yanaşı, aktiv mədəni həyat sosial əlaqələri qorumağa yardım edir və insanı həmfikir şəxslərlə ünsiyyət qurmağa sövq edir.
Alimlərin sözlərinə görə, incəsənət həm də sistemli iltihabı azaldır və ürək-damar sisteminə müsbət təsir göstərir. Bu təsir orta səviyyəli fiziki aktivliklə müqayisə edilə bilər.

