Qadınlarda doğuş göstəricilərinin getdikcə azalması və menopoz yaşının əvvəlki illərlə müqayisədə daha erkən dövrə çəkilməsi ciddi narahatlıq doğurur.
Qadın xəstəlikləri və doğum uzmanı Prof. Dr. Evrim Bostancı Ergen bildirib ki, bu təhlükəli mənzərə yalnız genetik faktorlarla deyil, həm də güclü stress, yanlış qidalanma və ətraf mühit amilləri ilə birbaşa bağlıdır.
“Əvvəllər 47-48 yaşlarında müşahidə etdiyimiz menopoz artıq 40-45 yaş aralığında daha tez-tez qarşımıza çıxa bilir. Bunun arxasında stres, qidalanma vərdişləri, genetika və ətraf mühit faktorları dayanır”, deyə mütəxəssis bildirib.
Medipol Acıbadem Bölgə Xəstəxanasının qadın xəstəlikləri və doğum uzmanı Prof. Dr. Evrim Bostancı Ergen menopoz yaşının getdikcə gerilədiyinə diqqət çəkərək qadınların reproduktiv sağlamlıq və doğuş imkanlarının idarə olunması ilə bağlı mühüm xəbərdarlıqlar edib.
Menopoz yaşı geriləyir
Prof. Dr. Ergen qadınlarda menopoz yaşının keçmişlə müqayisədə daha erkən dövrə düşdüyünü qeyd edib:
“Əvvəllər 47-48 yaşlarında gördüyümüz menopoz artıq 40-45 yaş aralığında daha çox müşahidə oluna bilir. Bunun səbəbləri arasında stres, qidalanma vərdişləri, genetik və ətraf mühit faktorları var”.
Doğuş imkanlarının qiymətləndirilməsində tez-tez istifadə olunan AMH testinə də toxunan mütəxəssis bildirib ki, bu analiz müəyyən təsəvvür yaratsa da, təkbaşına kifayət etmir.
“AMH müəyyən fikir verir, lakin təkbaşına yetərli deyil. Ən doğru qiymətləndirmə təcrübəli ginekoloqun apardığı yumurta sayımı ilə mümkündür”, deyə Prof. Dr. Ergen vurğulayıb.
O, qadınların müntəzəm ginekoloji müayinələri təxirə salmamasının vacib olduğunu bildirib.
Mütəxəssis qeyd edib ki, inkişaf edən texnologiyalar sayəsində doğuş imkanlarını idarə etmək artıq mümkündür. Onun sözlərinə görə, qadınlar ana olmağı təxirə salmaq istədikdə yumurta dondurma kimi üsullarla reproduktiv imkanlarını qoruya bilərlər. Bu isə daha irəli yaşlarda ana olmaq şansını artıra bilər.
Prof. Dr. Ergen doğuş imkanları baxımından bəzi yaş hədlərinin xüsusi önəm daşıdığını da vurğulayıb.
“37, 40 və 42 yaş bizim üçün mühüm eşiklərdir. Buna görə qadınların hər il müntəzəm müayinəyə gedərək yumurtalıq rezervlərini izlətməsi böyük əhəmiyyət daşıyır”, deyə mütəxəssis bildirib.
Prof. Dr. Ergen

