Mütəmadi nəfəs məşqləri narahatlıq səviyyəsinin azalmasına kömək edə bilər.
Bu barədə RİA Novosti-yə hindistanlı guru və “Yaşamaq sənəti” beynəlxalq fondunun təsisçisi Şri Şri Ravi Şankar bildirib.
Onun sözlərinə görə, nəfəs praktikaları yalnız gərginliyi azaltmır, eyni zamanda intuisiyanı gücləndirə və daha düşünülmüş qərarlar qəbul etməyə kömək edə bilər.
“Nəfəs məşqləri narahatlıq səviyyəsini azaltmağa və intuisiyanı gücləndirməyə kömək edir. Bütün bunlar daha ölçülü və effektiv qərarların qəbuluna şərait yaradır”, — deyə o qeyd edib.
Şri Şri Ravi Şankar bildirib ki, son illərdə meditasiya və müxtəlif nəfəs praktikalarına maraq artır. Onun fikrincə, bu üsullar artıq sadəcə hobbi və ya dəbdəbə deyil, psixi sağlamlığın qorunması üçün vacib vasitələrdən birinə çevrilir.

