Yağlı, şirin və duzlu qidaların azaldılması insult riskini aşağı sala bilər. Bu barədə Moskva vilayəti Səhiyyə Nazirliyinin baş nevroloqu, MONİKİ-nin nevrologiya və reabilitasiya xidmətinin rəhbəri Maksim Sutormin “Radio 1”ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, belə qidalanma damarların sağlamlığının qorunmasına kömək edir.
“Daha az şəkər, daha az duz, daha az yağlı qida. Qidalanma müntəzəm olmalı və tərkibində çoxlu tərəvəz yer almalıdır. Burada qeyri-adi heç nə yoxdur, hər şey çox sadədir. Əsas məsləhət bunları mümkün qədər azaltmaqdır”, – Sutormin deyib.

Nevroloq insultun profilaktikası üçün siqaretdən tamamilə imtina etməyin vacib olduğunu vurğulayıb. O bildirib ki, zərərli vərdişlərdən bütövlükdə uzaq durmaq daha məqsədəuyğundur.

