İtaliyanın Bolonya şəhərində iki qadın küçəyə atılmış mebel əşyasının içindən 86 min avro nağd pul tapıb.
Corriere di Bologna-nın məlumatına görə, qadınlardan biri 1 aprel 2025-ci ildə tapıntılar bürosuna müraciət etdikdən sonra pul saxlanılması üçün bələdiyyəyə təhvil verilib.
Daha sonra tapılan məbləğ barədə məlumat meriyanın rəsmi saytında dərc olunub və mebelin keçmiş sahibi də bundan xəbər tutub.
Saxlanma müddəti 30 iyul 2026-cı ildə başa çatdıqdan sonra üç tərəf pulun bölüşdürülməsi barədə razılığa gəlib. Qadınlardan biri 33 min avro alıb, qalan məbləğ isə ikinci qadınla varis arasında bölünüb.

