Qidalanma üzrə mütəxəssis Veronika Qusakova bildirib ki, qreypfrut və digər turş şirələr diş minasına zərər verə bilər. Bu barədə Lenta.ru yazır.
Onun sözlərinə görə, bu cür içkiləri yalnız yemək zamanı qəbul etmək daha məqsədəuyğundur.
Mütəxəssis qeyd edib ki, bir stəkan qreypfrut şirəsində 20–25 qramadək təbii şəkər olur, lakin lif demək olar ki, yoxdur. Buna görə də şirəni acqarına içmək və su əvəzinə istifadə etmək tövsiyə edilmir.

Bundan əlavə, Qusakova vurğulayıb ki, qreypfrut şirəsi ilə dərman qəbul etmək təhlükəli ola bilər.
Onun sözlərinə görə, qreypfrutun tərkibindəki maddələr CYP3A4 fermentini bloklayır, bu isə dərmanların parçalanmasını ləngidir və yan təsirləri gücləndirə bilər.


