Evdə ümumi dəsmallardan istifadə dəri infeksiyalarına yol aça bilər. Bu barədə NEWS.ru-ya açıqlamasında Vidnovsk xəstəxanasının terapevti Zarema Ten xəbərdarlıq edib.
Həkimin sözlərinə görə, nəm parça bakteriya və göbələklər üçün ideal mühitdir. Ümumi dəsmallar vasitəsilə göbələk mənşəli dəri xəstəlikləri (o cümlədən müxtəlif növ dəmrovlar), qızılı stafilokokk, kontagioz mollüsk, akne yaradan bakteriyalar və kontagioz dermatit virusları asanlıqla ötürülə bilər.
Ten vurğulayıb ki, ailədə hər kəsin üz, əl və bədən üçün ayrıca dəsmalı olmalıdır. Tövsiyəyə əsasən, bədən dəsmalı 3–4 gündə bir, üz dəsmalı isə 2 gündə bir dəyişdirilməlidir.
Həkim həmçinin dəsmalların ən azı 60°C temperaturda yuyulmasını məsləhət görür — məhz bu temperaturda zərərli mikroorqanizmlərin böyük hissəsi məhv olur. İstifadədən sonra dəsmalı tam quruması üçün asmaq da vacibdir.

