Payızda havanın temperaturunun tez-tez dəyişməsi, soyuq və külək dərinin açıq qalan hissələrini quruda bilər. Dermatoloq-kosmetoloq İrina Kotova RT-yə bildirib ki, nəticədə dəridə çatlar və qızartılar yarana bilər.
Mütəxəssisin sözlərinə görə, soyuq havaya çıxmazdan əvvəl üz və əlləri islatmamaq, yuyulduğu halda isə onları yaxşıca qurulamaq məsləhətdir. Küçəyə çıxmazdan təxminən beş dəqiqə əvvəl dəriyə qidalandırıcı və qoruyucu krem çəkmək olar.

Kotova bildirib ki, belə vasitələrin tərkibində adətən seramidlər, lipidlər, allantoin və vitaminlər olur və daha yağlı teksturaya malik kremlərə üstünlük verilir.
Dermatoloq payızda yay aylarında istifadə olunan yüngül serum, gel və emulsiyaları daha qalın teksturalı krem və məlhəmlərlə əvəz etməyi tövsiyə edib. Soyuq havalarda əlləri qorumaq üçün əlcək taxmaq da məsləhət görülür.

