1990-cı illərin minimalist geyim tərzi 2026-cı ilin payızında yenidən əsas moda tendensiyalarından birinə çevrilir.
“Vogue” jurnalının məlumatına görə, sadə siluetlər, təmiz xətlər və gözə çarpmayan zəriflik üzərində qurulan 90-cı illər minimalizmi bu mövsüm xüsusilə aktual olacaq.

Bu üsluba marağın artmasında rejissor Rayan Mörfinin “Love Story” serialının da təsiri olduğu bildirilir. Ekran işində 1990-cı illərin moda ikonalarından Karolin Bessett-Kennedinin özünəməxsus geyim tərzinə geniş yer verilib.

Yeni mövsüm kolleksiyalarında Toteme, Celine və Calvin Klein kimi məşhur moda evləri də 90-cı illərin minimalist estetikasına müraciət ediblər.

Podiumlarda xüsusilə midi uzunluqda təkdüyməli paltolar, karandaş ətəklər, hündür yaxalı toplar və siqaret formalı şalvarlar ön plana çıxıb.

Beləliklə, 2026-cı ilin payızında qarderoblarda mürəkkəb və həddindən artıq detallı geyimlərdən daha çox sadə, klassik və zərif 90-cı illər üslubunun üstünlük təşkil edəcəyi gözlənilir.


