20 
apr
2024
16:34
176

ELÇİN ŞIXLI: Rövşən Almuradlı yaradıcılığının mayasında sevgi dayanır-VİDEO

20 apr, 2024
16:34
176

ELÇİN ŞIXLI: Rövşən Almuradlı yaradıcılığının mayasında sevgi dayanır-VİDEO

Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Sumqayıt Dövlət Dram Teatrında görkəmli teatr və kino rejissoru Rövşən almuradlınının 70 illiyinə həsr olunmuş anım gecəsi keçirilib.
 
Den.az xəbər verir ki, öncə monitorda böyük aydının ömründən, yaradıcılıq anından fraqmentlər göstərilib.

Tədbirin moderatoru, Əməkdar artist Cəlal Məmmədov Rövşən Almuradlının fəaliyyətindən məqamları vurğulanıb.

Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru, Xalq artisti Firudin Məhərrəmov ötən əsrin sonlarından tanıdığı Rövşən Almuradlının yaradıcılığında səciyyəvi cəhətləri vurğuladı, "Dəyirman" tamaşasında rejissor cəsarətindən danışdı, "Bayramın birinci günü"  tamaşasını təhlil etdi və hər zaman ustad rejissorun gənclərə tükənməz enerji ötürdüyünü söylədi.

Habelə Rövşən müəllimin yaradıcılığında böyük rol oynamış "Qətl günü" tamaşasına diqqəti çəkdi. 

Millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı milli mücadilə prosesində Rövşən Almuradlı yaradıcılığının öz yeri olduğunu, təsis etdiyi İstiqlal teatrı ilə sözünü dediyini bildirdi. Xalq şairi həmçinin Rövşən müəllimin turançılıq eşqi ilə yaşadığını xatırlatdı. Professor Qulu Məhərrəmli Rövşən Almuradlı şəxsiyyəti ilə yaradıcılığının mükəmməl vəhdətinin təsvirini təqdim etdi.

Görkəmli jurnalist Elçin Şıxlı bildirdi ki, Rövşən Almuradlı yaradıcılığının mayasında sevgi dayanır. Vətən sevgisi, Turan sevdası, müdrik insan sevgisi.
Xanəndə, Əməkdar artist Nuriyyə Hüseynova  ifası ilə məclisi rövnəqləndirdi.

Millət vəkili Müşfiq Məmmədli Rövşən müəllimin hər zaman milli mənəvi dəyərlərə, tarixi irsə, qan yaddaşına sadiq olduğunu söylədi. 
İstedadlı aktyor Cavidan Novruz "Cavad xan" filminin çəkilişləri ilə bağlı xatirələrini bölüşdü, dəyərli sənətkarın yaradıcı insanlara olan sevgisinin şahidi olduğunu dedi.

Sonda mərhum sənətkarın çox sevdiyi Ramiz Rövşən yaradıcılığından nümunəni musiqi notları üstündə bəstəkar- ifaçı, rejissor Rövşən Nicat təqdim etdi.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar