Bakıda yeni Təbiət Tarixi Muzeyi yaradılacaq.
Denmedia.az musavat.com-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq prosedura başlanılıb.
Muzey Ceyhun Hacıbəyli küçəsində yerləşən yeni salınmış parkın ərazisində fəaliyyət göstərəcək.
Layihə çərçivəsində muzeydə interyer işləri aparılacaq, bina lazımi eksponatlarla təchiz ediləcək.
İşlərin həyata keçirilməsinə 22 milyon 505 min 248 manat xərclənəcək.
Layihəni “Fortis Construction” MMC həyata keçirəcək.

