Quru meyvələrin və çərəzlərin qiyməti artıb.
Den.az Xəzər TV-yə istinadən bildirir ki, Novruz bayramı ərəfəsində quru meyvələrə və çərəzlərə tələbat artıb. Alıcılar deyirlər ki, qiymətlərdə ötən illə müqayisədə xeyli artım var.
Satıcılar isə bildirirlər ki, alıcılar daha çox bayrama bir neçə gün qalmış bazara üz tuturlar. Son günlər əsasən qoz və fındığa tələbat artıb. Ötən ilə nisbətən qiymətlərdə artım olduğunu onlar da təsdiqlədilər.
Satıcılar deyirlər ki, yerli məhsulla yanaşı, Türkiyə, Özbəkistan və Ukraynadan gətirilən çərəzlərə də tələbat yüksəkdir. Hazırda isə bazarda ən bahalı çərəz Türkiyədən idxal olunan fıstıqdır. Yerli məhsullardan isə fındığın qiyməti artıb.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Azərbaycanda bu məhsulların qiyməti artdı - VİDEO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.