13 
mar
2024
09:47
73
Yuxarı
Xankəndidə silah-sursat aşkarlandı
13 mar, 2024
09:47
73
Xankəndidə silah-sursat aşkarlandı
Polis əməkdaşları Xankəndi şəhərində avtomat, pulemyot, və qumbaralar tapıblar.
Bu barədə Den.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 11-də və 12-də Xankəndi şəhəri ərazisindən 17 ədəd müxtəlif markalı avtomat silahı, 1 pulemyot, 2 tapança, 6 tüfəng, 21 qumbara, 21 alışdırıcı, 5 rabitə qurğusu, 106 patron darağı, 6231 ədəd müxtəlif çaplı patron, 13 süngü-bıçaq və digər sursatlar aşkar olunaraq götürülüb.
Bizimlə əlaqə saxlayın
Çox oxunanlar