26 
okt
2023
22:10
194

Vilayət Eyvazov iki rayona yeni rəis təyin etdi

26 okt, 2023
22:10
194

Vilayət Eyvazov iki rayona yeni rəis təyin etdi - FOTO

Daxili işlər orqanlarında yeni təyinatlar olub.
“Den.az”-ın əldə etdiyi məlumata görə, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun imzaladığı əmrlə Zərdab Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Azər Əfəndiyev vəzifədən azad edilib. Digər əmrlə o, Qusar Rayon Polis Şöbəsinin rəisi təyin edilib.
Bundan başqa, Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsinin rəisi Ramil Salayev Zərdab RPŞ-nin rəisi təyin edilib.
Həmçinin Qusar RPŞ-nin rəisi, polis polkovniki Eldar İlyasov yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar