20 
mar
2024
14:32
89

Naxçıvanda evləri su basdı - Video

20 mar, 2024
14:32
89

Naxçıvanda evləri su basdı - Video

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə intensiv yağışlar səbəbindən Naxçıvan şəhərində bəzi fərdi yaşayış evlərinin həyətyanı sahələri və zirzəmilərinin subasmaya məruz qalması ilə bağlı məlumatlar daxil olub.
 

Nazirliyin mətbuat xidmətindən “Den.az”-a bildirilib ki, bununla əlaqədar dərhal Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin qüvvələri əraziyə cəlb olunub.

Qüvvələr tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi təmin edilib.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar