Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə Bakıda şirkətlərdən birində mühasib işləyən, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə külli miqdarda törədildikdə) maddəsi ilə təqsirləndirilən Bahar Altay qızı Abışovanın məhkəmə prosesi keçirilib.
Den.az "Unikal".az-a istinadən bildirir ki, "Akrali Metal" şirkətinin 55 250 manat pulunu mənimsəyən Bahar Abışovanın dəymiş ziyandan 15 min manat ödədiyi məlum olub. Məhkəmə prosesində o da məlum olub ki, şirkət keçmiş mühasibinə 10 min manat da bağışlayıb. Sonra dövlət ittihamçısı ittiham nitqi ilə çıxış edərək Bahar Abışovanın 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, Bahar Abışova ibtidai istintaq dövründə həbs edilsə də, 13 dekabr 2023-cü il tarixdə həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilib. Çıxış edən şirkət qanunu nümayəndəsi Bahar Abışovanın həbslə olmayan cəzanın verilməsini məhkəmədən xahiş edib. Şirkətin nümayəndəsi Ülkər Akralı da vəkilinin çıxışı ilə razı olduğunu qeyd edib.
Məhkəmə prosesi 5 iyun tarixinə kimi təxirə salınıb.
Bakıda mühasib işlədiyi şirkətdən 55 min oğurladı

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.