"Hazırda Milli Məclisin növbədənkənar sessiyası davam edir. Sessiyanın gündəliyində çoxlu layihələr var. Bu gün də bizim komitənin iclasında iki vacib məsələ müzakirə olunacaq. Şəhid adının əbədiləşdirilməsi haqqında qanuna dəyişiklik nəzərdə tutulur. Bu, vacib dəyişiklikdir. Çoxdandır bir qrup vətəndaş bu problemlə üzləşirdi. Bununla bağlı bizə də müraciətlər edilirdi".
Den.az xəbər verir ki, bunu Teleqraf.com-a Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev deyib.
O qeyd edib ki, Prezident İlham Əliyevin imzası ilə həmin qanun layihəsində dəyişikliklərin edilməsi ilə bağlı parlamentə məktub göndərilib:
“İndiyə qədər bu problem ondan ibarət idi ki, əgər şəhidin həyat yoldaşı ev növbəsində dayanıbsa və dünyasını dəyişirdisə, övladları artıq 18 yaşı ötübsə, yəni şəhid ailəsi statusunu itirirdisə, artıq o ev növbəsində saxlanıla bilmirdi. Belə olan halda onlar mənzillə təmin olunmurdu. İndi bu qanuna dəyişiklik edilir. Artıq şəhid ailəsi üzvü kimi növbəyə dayanmış şəxs dünyasını dəyişəndə yaşından və statusundan asılı olmayaraq həmin mənzil növbəsi ailənin digər üzvləri üçün saxlanılır. Bu da sözsüz ki, ciddi bir dəyişiklikdir. Ölkə başçısının şəhid ailələrinə diqqət və qayğısının təzahürüdür”.
Komitə sədri eyni zamanda Əmək Məcəlləsinə və digər oxşar qanunlara da çox ciddi dəyişikliklərin nəzərdə tutulduğunu söyləyib:
“Bu dəyişikliklərin əsas məqsədi əmək müqavilələrinin bağlanması, əmək münasibətlərinin tənzimlənməsində tam elektron sistemə keçidlə bağlıdır. Kağız daşıyıcılar tamamilə aradan qalxır. İşə götürənlə, işçi arasında bütün məlumatlar elektron sistem vasitəsi ilə olacaq. Əlavə sənəd toplamaq zərurəti yaranmayacaq. Eyni zamanda işçi və işə götürən arasında bütün münasibətlərin daha şəffaf, operativ tənzimlənməsinə səbəb olacaq. Bu sözsüz ki, elektron hökumət sisteminin qurulmasına böyük töhfədir”.
Musa Quliyev müavinətlərin artırılması ilə bağlı məsələyə də toxunub:
“Bu ilin dövlət büdcəsində bununla bağlı layihə nəzərdə tutulmayıb. Artımlar daha çox Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq və məskunlaşma prosesinin sürətlənməsinə, hərbi güc və təhlükəsizlik məsələsinə yönələcək. Eyni zamanda orta aylıq əməkhaqqının artımı nəzərdə tutulur. Yəni bu il orta aylıq əməkhaqqı 990 manat olacaq. Bu artımın nəticəsində gələn ilin əvvəlində pensiya və müavinətlərdə artımın olacağı planlaşdırılır”.
Bu tarixdə müavinət və pensiyalar artırılacaq - AÇIQLAMA

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.