22 
iyn
2023
11:51
296

Nazir icra başçısının oğlunu işdən çıxardı (FOTO)

22 iyn, 2023
11:51
296

Nazir icra başçısının oğlunu işdən çıxardı (FOTO)

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun oğlu Seymur Qaraşovu işdən çıxarıb.

Den.az bildirir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, nazirin müvafiq əmri ilə daxili xidmət polkovniki Qaraşov Seymur Taleh oğlu Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəis müavini vəzifəsindən azad olunub.
 


Onun yerinə daxili xidmət polkovnik-leytenantı Eyvazov Ayaz Teyfur oğlu təyin edilib.

Qeyd edək ki, Ayaz Eyvazov 16 noyabr 1979-cı ildə Xaçmaz rayonunda anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Ailəlidir, 3 övladı var.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar