Bakı Şəhər İcra Hakimiyyətində paytaxt Rayon İcra Hakimiyyətlərinin və şəhərin təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə geniş müşavirə keçirilib.
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Den.az-a verilən məlumata görə müşavirədə bir sıra məsələlər, o cümlədən son vaxtlarda paytaxtda aparılan geniş miqyaslı təmir-abadlıq işləri, sanitar təmizlik məsələləri müzakirə edilib, işlərin sürətləndirilməsi və müəyyən edilən vaxtda keyfiyyətlə başa çatdırılması ilə bağlı müvafiq tapşırıqlar verilib.
Rayonlarda görülən təmir işlərininin müzakirəsi zamanı ərazidə yerləşən qeyri-yaşayış obyektlərinin fasadlarının və mövcud hasarların vəziyyətinin qeyri-qənaətbəxş olması ilə əlaqədar Xətai və Yasamal RİH başçılarına ciddi xəbərdarlıq edilib və qısa müddət ərzində bu sahədə dönüş yaradılması ilə bağlı müvafiq tapşırıqlar verilib.
Həmçinin şəhərdə aparılan yaşıllaşdırma işlərinin vəziyyəti müzakirə edilib, yaşıllıq zonalarının artırılması, görülən işlərin daha da genişləndirilməsi, əkilən həmişəyaşıl kollar və çiçəklərin sayının artırılması tapşırılıb.
Bu icra başçılarına xəbərdarlıq edildi

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.