Qəzalı vəziyyətdə olan Saray körpüsünün söküntüsü başlayandan sakinlər və sürücülər üçün ciddi problemlər yaranıb.
"Den.az" Xezerxeber.az-a istinadən xəbər verir ki, Abşeron rayonu Saray qəsəbəsinin sakinləri deyirlər ki, ərazi üzrə fəaliyyət göstərən marşrut avtobuslarının hərəkət sxemində dəyişiklik edildiyindən çətinliklə üzləşirlər. Suqmayıta öz avtomobili ilə gedən sürücülər isə saatlarla "Yaşıldərə" yaşayış massivində tıxacda qalırlar.
Saray körpüsünün söküntüsü sürücülər üçün də çətinliklərə səbəb olub. Belə ki, alternativ yol kimi istifadə edilən Saray üzümlük -Yaşıldərə Sumqayıt yolunda günün istənilən saatlarında böyük tıxac yaranır.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, söküntü və təmir işləri ilə əlaqədar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən ərazidə müntəzəm sərnişin daşımalarını yerinə yetirən 8 avtobus marşrutunun, o cümlədən də 503 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib. Marşrut üzrə 13 avtobus 8-10 dəqiqə hərəkət intervalı ilə sərnişinlərə xidmət göstərir. 503 nömrəli müntəzəm marşrutun başlanğıc dayanacaq məntəqəsi Saray qəsəbəsi, son dayanacaq məntəqəsi isə Bakı Beynəlxalq Avtovağzal Kompleksidir. Agentlikdən o da bildirildi ki, daşıyıcıya nizamlı fəaliyyətin təmin edilməsi ilə bağlı tapşırıq verilib.
Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsindən isə "XəzərXəbər"ə bildirilib ki, gün ərzində hərəkətin intensiv olduğu vaxtlarında Yol Patrul Xidməti əməkdaşları tərəfindən gücləndirilmiş xidmət həyata keçirilir. "Yaşıldərə" yaşayış massivindən şəhərə daxil olan sürüclər maarifləndirilir və hərəkət istiqaməti tənzimlənir.
Daha ətraflı videomaterda.
Saray körpüsünün sökülməsi sürücüləri çətin vəziyyətə saldı-VİDEO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.