20 
sen
2023
17:46
181

Qarabağın erməni sakinlərinə müəyyən ismarıclar çatdırılıb - Hikmət Hacıyev

20 sen, 2023
17:46
181

Qarabağın erməni sakinlərinə müəyyən ismarıclar çatdırılıb - Hikmət Hacıyev

Gecə boyu Rusiya sülhməramlı qüvvələri ilə dialoq əsnasında mütəmadi əməkdaşlığımız davam edib.

Den.az-ın xəbərinə görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xarici İşlər Nazirliyində Bakıda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri üçün brifinqdə deyib.

O qeyd edib ki, bu vasitə ilə Qarabağın erməni sakinlərinə müəyyən ismarıclar çatdırılıb: “Bu baxımdan, yerli əhalinin təhlükəsizliyi koordinasiyalı formada təmin edildi. Azərbaycan Silahlı Qüvvələri, Rusiya sülhməramlıları və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinə lazımı məlumatlar göndərildi.

Prosesin davamı olaraq, rus sülhməramlıları və beynəlxalq tərəfdaşlarla birlikdə tədbirlərimizi davam etdirirdik, təkliflər irəli sürülmüşdü. Yekun olaraq, saat 13:00 prosesin dayandırılması razılaşdırıldı”.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar