“2025-ci ilin sentyabr ayına kimi İtaliya-Azərbaycan Universitetinin binasının açılışı gözlənilir”.
“Den.az” “Trend”ə istinadən xəbər verir ki, bu sözləri ADA Universitetinin rektoru Hafiz Paşayev bu gün ADA Universitetində İtaliya-Azərbaycan layihəsi çərçivəsində yeni, kommunikasiya dizaynı və şəhərsalma ixtisaslarının rəsmi açılış mərasimində etdiyi çıxışda bildirib.
Onun sözlərinə görə, yeni tədris ilindən 160 tələbə İtaliya-Azərbaycan Universitetində təhsil almağa başlayacaq.
Xatırladaq ki, 2 aprel 2022-ci il tarixində ADA universitetinin kampusunda (Bakıda) İtaliya-Azərbaycan Universitetinin təməlqoyma mərasimi keçirilib. Onun strukturunda iki institut fəaliyyət göstərəcək: Kənd Təsərrüfatı və Qida elmləri İnstitutu, həmçinin Dizayn və Memarlıq İnstitutu. Eyni zamanda ərazidə tələbə yataqxanaları da tikiləcək.
“İtaliya-Azərbaycan Universitetinin binası sentyabradək açılacaq”

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.