Şəmkir rayonunda üzərində zorakılıq əlamətləri olan kişi meyiti aşkar edilib. İlkin ehtimallara görə, meyit vəhşi heyvanlar tərəfindən parçalanıb.
Denmedia.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Ağdağlar adlanan ərazisində qeydə alınıb.
Meyiti tapılan şəxsin Gədəbəy rayonunun Düzyurd kənd sakini, 1983-cü il təvəllüdlü İlqar Məmmədov olduğu müəyyən edilib.
Məlumata görə, onun tüfeyli həyat tərzi keçirdiyi bildirilir.
Meyitin üzərində zorakılıq əlamətləri aşkarlanıb. Həmin izlərin vəhşi heyvanlar tərəfindən törədilmiş ola biləcəyi ehtimal edilir.
Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.

