Rusiyanın məşhur “Çetıre Lapı” (“Четыре лапы”) zoomağazalar şəbəkəsinin qurucuları Andrey və Marina Tsıpinlərin Çilidə yol qəzasında həyatını itirdiyi bildirilir.
Denmedia.az xəbər verir ki, bu barədə SHOT “Telegram” kanalı məlumat yayıb.
Məlumata görə, hər ikisi 67 yaşında olan ər-arvad Çilidə səyahətdə olarkən qəzaya düşüblər. Hadisə ölkənin Maqalyanes bölgəsində, turistləri daşıyan mikroavtobusun yük maşını ilə toqquşması nəticəsində baş verib.

SHOT-un məlumatına əsasən, Andrey və Marina Tsıpinlər təcili tibbi yardım əməkdaşları hadisə yerinə çatana qədər həyatlarını itiriblər.
Bildirilir ki, onlar “Çetıre Lapı” zoomağazalar şəbəkəsini idarə edən iş adamı Dmitri Tsıpinin valideynləridir. Şəbəkənin daha əvvəl onların oğluna keçdiyi qeyd olunur.

