Hazırda həbsdə olan tanınmış meyxanaçı Rəşad Dağlının oğlu ölkə başçısına müraciət edib.
Den.az xəbər verir ki, meyxanaçının oğlu Yusif Əmirov Prezident İlham Əliyevə video müraciət edərək sosial şəbəkə hesabında paylaşıb.
Bacısı ilə birgə video çəkən Yusif atasının cinayətkar olmadığını və ona tələ qurulduğunu iddia edib:
“Mən Prezidentə həm bir baba kimi, həm də prezidentimiz kimi müraciət etmək istəyirəm. Bizim ürəyimizdə böyük bir yük var. O yük bizim atamızdır. Atamız 20 il bu ölkədə xalqın şairi olub, hər kəs onu sevir. Mənə tez-tez bu haqda mesajlar yazırlar, çöldə görəndə qucaqlayıb öpürlər. Hamısı atamı sevənlərdir, onlar iki əllərini də göyə qaldırıb atama görə Allaha dua edirlər. Mən 5 dil bilirəm, bunun da bir səbəbi var – Atam. O həmişə bizim yanımızda olub, bizə dəstək olub, heç vaxt bizim xətrimizə dəyməyib, bizi çox sevirdi.
Bacım da, mən də özəl məktəbdə oxuyuruq və nəticələrimiz yüksəkdir. Bizim təhsilimiz yarımçıq qalsa, nə edəcəyik? Ola bilər ki, gələcəyimiz olmayacaq.
Mənim atam cinayətkar deyil. Kiçik toyumdan sonra pula görə atamı qurmaya saldılar. Cənab Prezident, göydə Allah, yerdə də siz bizə kömək edə bilərsiniz. Bu, mənim ümidimdir. Bu ay mənim atamın məhkəməsidir və ümid edirəm ki, siz bizə kömək edəcəksiniz”.
Videomüraciəti təqdim edirik:
[media=]
Rəşad Dağlının oğlu Prezidentə müraciət etdi - VİDEO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.