Ucarda 2-ci Qarabağ müharibəsinin Xüsusi Təyinatlı Qüvvələrin kiçik giziri şəhid Kərim Əliyevin anım günü keçrilib.
DenMedia.az xəbər verir ki, anım mərasimində rayon rəhbərliyi şəhid ailələri qazilər eləcədə rayon içtimaiyyətinin nümayəndələri iştirak ediblər.
İştirakçılar əvvəlcə şəhidin rayonun Alpout kəndində dəfn olunan məzarını ziyarət edib önünə tər qərənfillər düzdülər.Çıxış edənlər qəhrəman Xüsusi təyinatlıqüvvələrin əfsanəvi taborun şəhidi Kərim Əliyevin keçdiyi döyüş yolundan söhbət açıb onun etdiyi qəhrəamnlığını dilə gətirdilər.Bildirdilər ki Kərim kimi igid cəsur Azərbaycan oğullarının şücaəti ilə 30 ildən artıq tapdaq altında qalan torpaqlarımız işğaldan azad olundu və biz bütöv bir Azərbaycan olduq.Bütün bunlara görə biz onlara həmişə borcluyuq.Şəhidin atası Məhəmmədəli Əliyev tədbirin təşkilinə görə iştirakçılara öz minnətdarlığını bildirdi.Bundan başqa qeyd edib ki şəhidlərin yad edilməsin eləcədə onların adlarının əbədiləşdirilməsi gənc nəsildə vətənpərvərlik hissinin oyanmasına səbəb olur.
Məlumat üçün ki, şəhid Kərim Əliyev 1998-ci il avqustun 31-də Ucar rayonunun Alpout kəndində anadan olub.2004–2015-ci illərdə Alpout kənd tam orta məktəbində təhsil alıb.Kərim Əliyev 2016–2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.Azərbaycan Ordusunun kiçik giziri olan Kərim Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Kərim Əliyev oktyabrın 19-da Qubadlı döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün şəhid Kərim Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Kərim Əliyev ölümündən sonra "Vətən uğrunda" “Cəbrayılın azad olunmasına görə” “Füzulinin azad olunmasına görə” “Xocavəndin azad olunmasına görə” “İgidliyə görə” medalları eləcədə Azərbaycan bayrağı ordeni” ilə təltif edilib.Alla rəhmət eləsin.

