Salyan şəhər mərkəzinin bir hissəsində qaz təchizatı dayandırılacaq.
Denmedia.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, Salyan şəhər mərkəzində yerləşən "Şahmat" məktəbinin təbii qazla təmin edilməsi ilə bağlı yeni çəkilmiş qaz xəttinin qaz təchizatı şəbəkəsinə birləşdirilməsi məqsədilə əlaqədar 25 noyabr saat 9:30-dan etibarən işlər başa çatanadək şəhər mərkəzinin bir hissəsində (ümumən 3 981 abonent) qaz təchizatının dayandırılması planlaşdırılır.

