Yanvarın 28-i axşam saatlarından 29-u günorta saatlarınadək Azərbaycanın bəzi bölgələrində yağıntıların olacağı, qar yağacağı gözlənilir.
Gözlənilən hava şəraitinin pisləşməsi ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı xəbərdarlıq elan olunub.
Bildirilib ki, ayrı-ayrı ərazilərdə yağıntılar qısamüddətli intensivləşə bilər.
Gecə və səhər saatlarında bəzi dağlıq rayonlarda yolların buz bağlaması ehtimal olunur.
Xəbərdarlığa əsasən, Xızı, Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən rayonlarında, eləcə də Qobustanda qərb küləyinin sürəti 13,9–20,7 m/s-dək güclənəcək.

