Xəzər rayonunun bəzi ərazilərinin işıq təchizatında fasilə yaranacaq.
Denmedia.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Bildirilir ki, fevralın 13-də Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində təmir və yenidənqurma işləri həyata keçiriləcək.
Bununla əlaqədar olaraq saat 10:30-dan 16:30-dək Buzovna qəsəbəsi Abşeron küçəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Təmir və yenidənqurma işləri yekunlaşdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

