Rəqəmsal xidmətlərin inkişafı və vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin artırılması məqsədilə Fövqəladə Hallar Nazirliyi yeni mobil tətbiqi istifadəyə təqdim edib.
Nazirlikdən verilən məlumata görə, tətbiq vasitəsilə müraciətlərin və cərimələrin qeydiyyatı avtomatlaşdırılmış qaydada həyata keçirilir. Vətəndaşlar sistemə daxil olaraq qeydiyyatdan keçə və Nazirliyin təqdim etdiyi xidmətlərdən onlayn və rahat şəkildə yararlana bilərlər.
Mobil tətbiq elektron müraciətlərin göndərilməsi, icra statusunun izlənilməsi, bildirişlərin alınması, ödənişlərin edilməsi və digər funksiyaları özündə birləşdirir.

