Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, bəzi vaxtlarda tutulmuş olacaq, əsasən yağıntı gözlənilmir.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Mülayim cənub-qərb küləyi axşam saatlarında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 4-7°, gündüz 14-18° isti olacaq. Atmosfer təzyiqi 771 mm civə sütunundan 766 mm-ə enəcək. Nisbi rütubət gecə 80-85%, gündüz isə 65-70% təşkil edəcək.
Azərbaycanın bölgələrində də əsasən yağıntı gözlənilmir, gecə və səhər saatlarında bəzi yerlərdə duman müşahidə oluna bilər. Mülayim qərb küləyi üstünlük təşkil edəcək.
Bölgələrdə havanın temperaturu gecə 2-7°, gündüz 16-21°, dağlıq ərazilərdə gecə 0-4°, gündüz 10-15° isti olacaq.

