Azərbaycan vətəndaşlığından məhrum edilən terrorçu Zülfüqarov Kamran Azər oğlu qeyri-leqal yolla ölkə ərazisinə keçib.
Den.az "xezerxeber.az"a istinadla xəbər verir ki, terrorçunun Azərbaycanda olması barədə məlumatlar Dövlət Təhlükəsizliyi Xidmətinin apardığı araşdırmalar nəticəsində yoxlanılaraq öz təsdiqini tapıb və gizləndiyi yer müəyyən edildikdən sonra həmin şəxs saxlanılıb. Kamran Zülfüqarovun daxil olduğu cinayətkar dəstənin üzvləri, qarşı tərəfdə vahimə yaratmaq üçün ələ keçirdikləri şəxslərin başlarını kəsərək, nümayiş etdiriblər.
Onun Azərbaycanda gizləndiyi yer və saxlanılması barədə eksklüziv məlumatlar bu gün axşam saat 21:00-da "Xəzər Xəbər"in xüsusi buraxılışında təqdim ediləcək.
DTX xüsusi əməliyyat keçirdi, terrorçu saxlanıldı - VİDEO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.