Şamaxı rayonunda yerli vaxtla saat 16:05-də ikinci zəlzələ qeydə alınıb. Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanların gücü 3,3 bala qədər hiss olunub.
Fövqəladə Hallar Nazirliyi isə zəlzələ nəticəsində dağıntı və ya xəsarət alanlar barədə məlumat daxil olmadığını açıqlayıb.
*** 16:01
Şamaxı rayonunda 4,7 bal gücündə zəlzələ baş verib.
DenMedia.az xəbər verir ki, bu barədə Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Təkanlar yerli vaxtla 15:52-də, yerin 12 km dərinliyində qeydə alınıb.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 3-4 bala yaxın hiss olunub.

