Sabah Ramazan ayının iyirmi üçüncü günüdür. Ramazan təqviminə əsasən imsak vaxtı saat 05:30-da, iftar vaxtı saat 19:00-dur.
Denmedia.az Qafqaz Müsəlmanları İdarəsinə istinadən Ramazan ayının iyirmi üçüncü gününün iftar duasını təqdim edir:
İftar duası:
"Allahumməğsilni fihi minəz-zunub. Və təhhirni fihi minəl-uyub. Vəmtəhin qəlbi fihi bitəqval-qulub. Ya muqilə əsəratil-muznibin".
Tərcüməsi:
"İlahi, bu gün mənim günahlarımı yuyub, məni eyblərdən təmizlə! Bu gün qəlbimi təqva ilə xalis et! Ey günahkarların xətasına göz yuman Allah"!
Allah orucunuzu qəbul etsin!

