Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, martın 17-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, bəzi vaxtlar tutulacaq, əsasən yağmursuz keçəcək. Lakin gün ərzində bəzi ərazilərdə çiskinli yağış ehtimalı var. Şimal-qərb küləyi mülayim əsəcək, bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə +5°С-dən +8°С-dək, gündüz isə +8°С-dən +13°С-dək olacaq.
Atmosfer təzyiqi 758 mm civə sütunundan 764 mm civə sütununa qədər yüksələcək.
Nisbi rütubət gecə 75–80 faiz, gündüz isə 65–70 faiz təşkil edəcək.
Sabah ölkənin bəzi rayonlarında arabir yağıntı gözlənilir, dağlıq ərazilərdə isə qar yağacaq. Bəzi yerlərdə yağıntılar intensiv olacaq. Axşam saatlarında əksər rayonlarda yağıntı tədricən kəsiləcək. Bəzi ərazilərdə arabir duman müşahidə olunacaq. Qərb küləyi bəzi rayonlarda arabir güclənəcək.
Rayonlarda havanın temperaturu gecə +5°С-dən +9°С-dək, gündüz +12°С-dən +17°С-dək, dağlıq ərazilərdə isə gecə -3°С-dən +2°С-dək, gündüz +5°С-dən +10°С-dək olacaq.

