Quba rayonunda Xınalıq kəndinə gedən yolda çökmə baş verib.
Denmedia.az apa-ya istinadən xəbər verir ki, hazırda nəqliyyatın hərəkəti tam dayandırılıb, avtomobillər isə yolda qalıb.
“Hadisə nəticəsində yol keçilməz vəziyyətə düşüb və sürücülər hərəkəti davam etdirə bilmir.”
Məlumata əsasən, hadisə yerinə aidiyyəti qurumların əməkdaşları və texnikası cəlb olunub.
Hazırda yolun təmizlənməsi və hərəkətin bərpası istiqamətində işlər davam edir.
“Ərazidə operativ tədbirlər görülür, lakin yolun nə vaxt açılacağı hələ dəqiq məlum deyil.”

