Uzunmüddətli və intensiv yağıntılar xüsusilə yamac ərazilərdə torpaq sürüşmələrinə səbəb ola bilər.
Bu barədə Coğrafiya İnstitutunun elmi işçisi Rafiq İsmayılov bildirib, DenMedia.az apa-ya istinadən xəbər verir.
Onun sözlərinə görə, Azərbaycanda müşahidə olunan davamlı yağışlar qlobal iqlim dəyişiklikləri və mövsümi keçid dövrünün xüsusiyyətləri ilə bağlıdır.
“Bu proseslər ölkədə rütubətli hava şəraitinin formalaşmasına səbəb olur.”
Ekspert qeyd edib ki, martın sonlarında ölkəyə şimaldan soyuq hava kütlələri daxil olur, bu da yağıntılı və rütubətli havanı gücləndirir.
Proqnozlara görə, mövcud hava şəraiti aprel ayında da davam edə bilər.
“Bu isə risklərin bir müddət daha qalacağını göstərir.”

