Xəzər dənizində güclü zəlzələ olub.
DenMedia.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin saytında qeydə olunub.
Məlumata görə, 5.3 bal gücündə olan zəlzələ Lənkəran rayonundan 55 km aralıda dənizdə baş verib. Yerli vaxtla 13:05-də qeydə alınan yeraltı təkanların dərinliyi 35 km olub.

