Bu gün Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş terror aktının 17-ci ildönümü qeyd olunur.
30 aprel 2009-cu ildə akademiyanın ikinci korpusunda törədilən hücum zamanı Gürcüstan vətəndaşı Fərda Qədirov binaya daxil olaraq “Makarov” tapançası ilə mərtəbələr üzrə irəliləyərək atəş açıb.
Hadisə nəticəsində 12 nəfər həyatını itirib, 13 nəfər yaralanıb. Qədirov altıncı mərtəbəyə çatdıqdan sonra polis tərəfindən mühasirəyə alınıb və özünü öldürüb.
Həlak olanlar arasında professorlar, tələbələr, müəllimlər, laborant, mühafizəçi və yeməkxanaya məhsul gətirən yaşlı qadın da olub.
İstintaq materiallarında qeyd olunub ki, terror aktının sifarişçisi Mardun Qumaşyan olub və o, milli nifrət zəminində bu cinayəti planlaşdırıb.
Məhkəmənin 10 avqust 2010-cu il tarixli hökmü ilə təqsirləndirilən şəxslərdən Nadir Əliyev, Cavidan Əmirov və Nəcəf Süleymanov ömürlük həbsə, Ariz Qabulov isə 11 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

