Bakıda mayın 5-də hava +19 dərəcəyədək istiləşəcək, bölgələrdə isə temperatur +23 dərəcəyədək yüksələcək.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, bəzi vaxtlarda buludlu keçəcək, əsasən yağıntı gözlənilmir. Lakin gecəyə doğru ayrı-ayrı ərazilərdə qısamüddətli yağış ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 10–13 dərəcə, gündüz 15–19 dərəcə olacaq. Atmosfer təzyiqi 757-dən 760 mm civə sütununa qədər yüksələcək. Nisbi rütubət 65–75 faiz təşkil edəcək.
Ölkənin bölgələrində bəzi yerlərdə fasilələrlə yağıntı gözlənilir. Ayrı-ayrı ərazilərdə yağıntı intensivləşə bilər, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal olunur, yüksək dağlıq ərazilərdə yağışın qara keçməsi mümkündür. Bəzi yerlərdə duman da müşahidə olunacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 10–14 dərəcə, gündüz 18–23 dərəcə, dağlıq ərazilərdə gecə 3–8 dərəcə, gündüz isə 12–17 dərəcə olacaq.

