Abşeron rayonunun bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq.
Bu barədə Sumqayıt Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bildirilib ki, 2 iyun saat 10:00-dan etibarən təmir-quraşdırma işləri ilə əlaqədar işlər başa çatanadək Masazır qəsəbəsinin bəzi küçələrində qaz verilişi dayandırılacaq.
Qaz təchizatında fasilə yaranacaq küçələr bunlardır: Əliağa Vahid, Dədə Qorqud, Niyazi, 28 May, Hacı Zeynalabdin Tağıyev, Süleyman Rüstəm, Hamlet Haşımov və Şıxəli Qurbanov küçələri.

