Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimal olunur.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Şimal-qərb küləyi bəzi vaxtlarda güclənəcək. Havanın temperaturu gecə 22–24, gündüz isə 27–30 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 760 millimetr civə sütunu, nisbi rütubət gecə 70–75 faiz, gündüz isə 55–60 faiz təşkil edəcək.
Azərbaycanın əksər rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda yağıntı gözlənilir.
Ayrı-ayrı yerlərdə leysan, şimşək və dolu, dağlıq ərazilərdə isə bəzi vaxtlarda duman müşahidə oluna bilər. Mülayim qərb küləyi üstünlük təşkil edəcək.
Havanın temperaturu gecə 22–26, gündüz 33–38 dərəcə isti, dağlarda isə gecə 13–18, gündüz 23–28 dərəcə isti olacaq.

